Bakıda şirkətin qarşısında oğurluq

 Bakıda şirkətin qarşısında oğurluq hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, martın 20-də Sumqayıt şəhər sakini Təranə Səfərovaya məхsus məişət malları A.M.Cuma küçəsində yerləşən şirkətinin qarşısından oğurlanıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ruhanə Şahmərdanova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31