Bakı şəhəri, Yasamal rayonunda tikinti şirkətinə məxsus ümumi sahəsi 20 kv.m olan dəmir köşkdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə köşkün içərisində taxta arakəsmə 6 kv.m sahədə və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31