Yataqxanada yanğın baş verib
31 Mart 2014 14:49 KriminalAbşeron rayonu, Xırdalan şəhərində məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzildə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində mənzilin mətbəxinin döşəməsi və ev əşyaları 4 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31