Məhkuma protez dişinin altında tiryək keçirmək istədi
31 Mart 2014 13:23 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 317.2.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Anar Kərim oğlu Hüseynovun yanına qısamüddətli görüşə gəlmiş əmisi arvadı Nadejda Pavlovna Həmzəyevanın üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı onun ağız boşluğundakı protez dişin altında 2 ədəd sellofana bükülü, xalis çəkisi 1,344 qram olan narkotik maddə - "Tiryək" aşkar edilərək götürülüb. Faktlar üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31