Məhkumun alt paltarında heroin aşkar edilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 206.2; 234.4.3 və 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Bəhlul Sabir oğlu Əliyevin üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı onun alt paltarının içərisində gizlədilmiş dərman şüşəsinin daxilində 1 ədəd sellofana bükülmüş xalis çəkisi 0.180 qram olan narkotik vasitə - "Heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31