Məhkuma dezodorant qabında tiryək keçirilməsinin qarşısı alınıb
31 Mart 2014 13:16 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Əfqan Güloğlan oğlu Atakişiyevə tanışı Şaiq Faiq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı dezodorant qabının içərisində 2 ədəd sellofana bükülmüş, xalis çəkisi 4,569 qram olan narkotik maddə - "tiryək" aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31