Ər 34 yaşlı arvadını SMS-lərə görə öldürdü – TƏFƏRRÜAT
31 Mart 2014 12:43 KriminalMartın 30-da Gəncə şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Gülüstan qəsəbəsində 43 yaşlı Natiq Bayramov həyat yoldaşı, 34 yaşlı Gülnarə Bayramovanı qısqanclıq zəminində qətlə yetirib. Bildirilir ki, N.Bayramov xeyli müddət imiş ki, həyat yoldaşının mobil telefonuna tanımadığı nömrədən SMS-lərin gəldiyini müəyyənləşdirib. O, bir neçə dəfə SMS-lərin gəldiyi nömrəyə zəng vursa da, qarşı tərəf cavab verməyib. Şübhələri daha da artan N.Bayramov həyat yoldaşından məsələyə aydınlıq gətirməsini istəyib və beləliklə ailədə münasibətlər daha da gərginləşib. Sonuncu SMS-dən sonra isə N.Bayramov 34 yaşlı arvadını öldürmək qərarına gəlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31