Zaqatalada meyitləri tapılan şəxslər 3 ay əvvəl ailə qurubmuş
Onların iki gün əvvəl öldüyü ehtimal olunur
19 Mart 2014 17:04 KriminalZaqatalada mənzildən meyiti tapılan şəxslərin adları açıqlanıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində rayonun Azərbaycan küçəsi yeni tikilən evdə qeydə alınıb. Həmin ünvanda meyitləri tapılan şəxslərin, rayon sakinləri - 1970-ci il təvəllüdlü Akif Abdusalam oğlu Davudov və onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Nigar Heydər qızı İbrahimova olması müəyyənləşib. Onların iki gün əvvəl öldüyü ehtimal olunur. Meyitlərdən biri vanna, digəri isə yataq otağında aşkar edilib.
Ər-arvadın ölüm səbəbləri hələlik açıqlanmır.
Polisdən həmçinin bildirilib ki, onlar 3 ay əvvəl ailə həyatı qurublarmış.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir. apa