Bir gündə iki axtarışda olan şəxs yaxalanıb

Bakıda bir gündə axtarışda olan iki nəfər yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda deyilir ki, Sabuçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-aхtarış tədbirləri nəticəsində, AR CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə aхtarışda olan Ramiz Məmmədov tutulub. 

Həmin gün Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-aхtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsilə aхtarışda olan Yusif Osmanlı tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31