Zaqatalada vəhşilik, qadın döyülərək öldürüldü

Zaqatalada qadın döyülərək öldürülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 15-də Zaqatala rayonunun Kebeloba kənd sakini Elmira Abdullayeva RPŞ-yə ərizə ilə müraciət edərək cari il fevral ayının 12-də rayon sakini Eldar Osmanov tərəfindən döyülməsini bildirib. E.Abdullayeva martın 18-də xəstəxanada ölüb. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Osmanov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31