Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 85 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin və hamamının dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31