Qubada tövlə yanıb
19 Mart 2014 13:41 KriminalQuba rayonu, Zərdabi qəsəbəsində vətəndaşa məxsus tövlədə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 45 kv.m olan tövlənin dam örtüyünhün yanar konstruksiyası 15 kv.m sahədə və tövlənin qarşısına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31