Bina sakinləri üçün yaranan təhlüka aradan qaldırılıb
19 Mart 2014 13:28 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda yaşayış binasının əsas giriş hissəsinin üzərini qapadan beton plitənin uçma təhlükəsi yaranıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beton plitə binada yaşayan sakinlərin həyatına təhlükə törədir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beton plitəni kiçik hissələrə parçalamış və yaranan təhlükəni aradan qaldırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31