Sumqayıt şəhərində vətəndaşa məxsus köşkdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, nəticədə nümumi sahəsi 40 kv.m olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31