Sərhədi pozmağa cəhd edən 2 şəxs saxlanıb
30 İyul 2012 16:32 KriminalDövlət sərhədini pozmağa cəhd edən şəxslər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, Balakən rayonunun Qaysa kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Gürcüstan istiqamətində dövlət sərhədini pozarkən Türkiyə vətəndaşı 1975-ci il təvəllüdlü Kutlu Alırza Hanif oğlu və Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Mürsəlov Rəsul Maarif oğlu saxlanılıb. Hazırda faktla bağlı Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31