Bakı-Şamaxı yolunda dəhşətli qəza: 1 ölü, 5 yaralı
19 Mart 2014 10:25 KriminalMartın 19-na keçən gecə Bakı-Şamaxı magistralının Qobustan rayonundan keçən hissəsində ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, "VAZ 21015", "Ford" markalı minik avtomobilləri və "Mercedes" markalı yük maşını toqquşub. Qəza nəticəsində 6 nəfər ağır xəsarət alıb. Yaralılardan biri xəstəxanaya aparılarkən keçinib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq şöbəsində cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31