Cəlilabad rayon sakini döyülüb

Cəlilabad rayonunda  döyülmə faktı qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Muğan kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü  Bəybala Əhəd oğlu  Ağayev mal-qarasını örüş sahəsinə apararkən yolda həmkəndliləri Səid Məmmədovla oğlanlarının zorakılığına məruz qalıb.  Vəhşicəsinə döyülərək huşunu itirmiş B.Ağayev yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  Burada ona müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir. Zərərçəkənin sözlərinə görə,  ona hücum  çəkərək bədən xəsarətləri yetirən ata və oğlanları bir neçə gün öncə övladını da döyməklə müxtəlif bədən xəsarətləri yetiriblər. Hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31