10 xırdabuynuzlu tövlədə yanıb

Göyçay rayonu, Aşağı Qaraməryəm kəndində vətəndaşa məxsus tövlə yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 140 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə və tövlənin içərisinə yığılmış 1,5 ton ot bağlaması yanıb. Yanğın zamanı tövlənin içərisində olan 10 baş xirdabuynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Tövlənin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31