Ev sahibinin övladı yanğından xilas edilib
18 Mart 2014 13:45 KriminalAbşeron rayonu, Xırdalan şəhərində vətəndaşa evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı ev sahibinin övladı yanğınsöndürən tərəfindən xilas edilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31