Bakıda xadimə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıb

Bakıda mənzildən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əhməd Cavad küçəsi 4, mənzil 1-də qeydə alınıb. Bakı şəhər sakini Adilə Baba qızı Zülfüqarova polisə ərizə ilə müraciət edərək, evində xadimə işləyən Kifayət adlı qadının mənzildən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31