Bakıda avtobus qəzası: xəsarət alan var

Xəzər rayonunda “Mercedes” markalı minik avtomobili və “Daewoo” markalı avtobus toqquşub

Bakıda minik avtomobili ilə avtobus toqquşub. ANS PRESS-in FHN-in saytına istinadən verdiyi məılumata görə, Bakı şəhəri, Xəzər rayonunda "Mercedes" markalı minik avtomobili və "Daewoo" markalı avtobus toqquşub. Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, "Mercedes" markalı minik avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. 

Əməliyyat saat 06:58-də başa çatmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31