Bakıda 20 yaşlı qızı ölüm yatağında haqladı

Gənc qızın meyiti yataq otağında valideynləri tərəfindən aşkarlanıb

Bu gecə Bakının Yasamal rayonu ərazisində bayram gecəsi bir ailədə bədbəxt hadisə baş verib. Yasamal rayon Polis İdarəsi 28-ci polis bölməsindən verilən məlumata görə, saat 01:56-da X.Mustafayev ünvanında yaşayan 20 yaşlı Zöhrə Bayramova huşsuz vəziyyətdə yatağında tapılıb. Onun huşsuz bədənini tapan ana təcili olaraq həkim çağırıb. Lakin qızın öldüyü məlum olub.

Araşdırmalar zamanı gənc qızın dəm qazından boğulduğu məlum olub. Faktla bağlı araşdırma aparılır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31