Sabirabadda quldur dəstəsi yolda yaxalandı

Sabirabadda narkotika alveri ilə məşğul olan quldur dəstəsi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidhəsən Ağamiyə məxsus "Hyundai" markalı avtomobilə baxış zamanı 0,6 qram heroin, 0,3 qram marixuana, 1 ədəd bıçaq, 1 ədəd beşbarmaq, sərnişini, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Ağayevdən isə 1 ədəd bıçaq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31