Bakıda “Ankara” kafesi qumarxana imiş, türk qumarbazlar ifşa olundu

Bakıda tanınmış kafedə qumarxana aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səbail rayonunun ərazisindəki "Ankara" kafesində, Şahbuz rayon sakini Rəmzi Hüseynəliyevin və Türkiyə vətəndaşları Murat Baydarın, Mehmet Sönmezin "online" sistemi ilə qumarxana təşkil etmələri müəyyən edilib.

Kafeyə baxış zamanı 1 ədəd "online" qumar oyun proqramı yazılmış noutbuk, 1 ədəd monitor, 1 ədəd printer, 21 ədəd oyun kuponu və uduş pulu aşkar edilərək götürülüb. Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31