Mənşəyi məlum olmayan məhsul idxalının qarşısı alınıb

Cari ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikasına idxal edilən 90 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsullar muxtar respublika ərazisinə buraxılmayıb. "Olaylar" Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, malların 26,3 tonu üzərində istehlak tarixi olmadığından, 20,2 tonu istehlak müddəti bitdiyindən, 4,3 tonu keyfiyyəti müvafiq standartlara cavab vermədiyindən, 2,8 tonu mənşəyi məlum olmadığından, 2,6 tonu əmtəə görünüşü pozulduğundan gömrük sərhədindən keçirilməsinə icazə verilməyib. Altı ay ərzində muxtar respublikaya idxal olunan meyvə-tərəvəz məhsullarının 23,8 tonunda nitritlərin miqdarının normadan artıq olduğu müəyyən edilib və geri qaytarılması təmin olunub. Altı ay ərzində idxalı məhdudlaşdırıldığından 4995 kq, xarab olduğundan 1477 kq, mənşəyi məlum olmadığından 108 kq, əmtəə görünüşü pozulduğundan 252 kq, istehlak müddəti bitdiyindən 1831 kq ərzaq və qida məhsulu, 3080 tablet baytarlıq preparatı,  tərkibində nitratın miqdarı insan həyatına ziyan vura biləcək həddə olan 559 kq meyvə-tərəvəz məhsulu gömrük əməkdaşları tərəfindən  götürülüb və müvafiq qaydada məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31