Türmədəki qardaşına tiryək ötürmək istəyən yaxalandı
30 İyul 2012 12:30 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətinin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1976-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 221.2.2; 120.2.3; 66.3; 317-2.1; 67.1 maddələri ilə təqsirli bilinərək 5 il 10 ay müddətinə azaqdlıqdan məhrum edilmiş məhkum Məmmədov Ceyhun Taşur oğlunun yanına qısa müddətli görüşə gəlmiş qardaşı, 1974-cü il təvəllüdlü, Lənkəran rayon sakini Məmmədov Kamran Taşur oğlunun üzərindən sellofana bükülmüş, qara rəngli mum kütlə - xalis çəkisi 2,258 qramdan ibarət narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.