Masallıda dəhşətli partlayış, bir ailə xəstəxanalıq oldu
17 Mart 2014 13:51 KriminalMasallıda dəhşətli partlayış olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 15-də saat 08 radələrində Masallı şəhəri Şəhriyar küçəsindəki evlərdən birində yaşayan Ramin Ələkbərovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə evin pəncərə və qapı çərçivələri dağılıb, xəsarət alan R.Ələkbərov, arvadı İlhamə, qızları Gülsüm və Təhminə xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31