“Neft daşları”nda estakada uçdu, ölən və yaralananlar var
17 Mart 2014 13:49 KriminalAzərbaycanda dənizdəki əfsanəvi adada uçqun hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 15-də saat 15 radələrində "Neft Daşları"nda yerləşən Neft-Qaz Tikinti Trestinin estakadasında nasaz konstruksiyaların sökülməsi ilə məşğul olan Mənsim İmanov, Mais Süleymanov, Səfədur Zəkəryayev və Musa Hacıyev estakadanın uçmasından dənizə düşüb. M.Hacıyev boğulub, digərləri xilas ediliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31