Atasına telefon ötürmək cəhdinin qarşısı alındı
17 Mart 2014 13:00 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3; 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Nəzakət Eynulla qızı Nəsirovanın yanına qısa müddətli görüşə gəlmiş qızı Günel İbrahimxəlil qızı Nəsirovanın üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı ona məxsus əl çantasının içərisində 1 ədəd "Nokia" markalı mobil telefon aparatı, 1 ədəd mobil telefon batareyası və 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31