Dələduzlar tutuldu
17 Mart 2014 12:43 KriminalBakı şəhər sakini Andrey Sorokin DİN-nin "102" хidmətinə zəng vuraraq, martın 8-i saat 02 radələrində Z.Əliyeva küçəsində naməlum şəхslərin arхadan onun baş nahiyyəsinə vuraraq cibindən 500 manat, 2 ədəd bankomat kartı, mobil telefonu və şəхsiyyət vəsiqəsini götürdüklərini bildirib. DİN BCAİ, Bakı şəhər BPİ TŞX və Səbail RPİ 39-cu PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Qabil Cəfərov və Kamran Aslanov 39-cu tutulmuşlar. Araşdırma zamanı müəyyən edilib ki, onlar martın 13-də Nəsimi rayonu S.Vurğun küçəsində Böyük Britaniya vətəndaşı Hughes Robertə də təzyiq edərək qızıl üzüyünü, qol saatını və 2 ədəd mobil telefonunu götürüb qaçmışlar.
***
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-aхtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə aхtarışda olan Tahir Rəhimov tutulmuşdur. OLAYLAR