Kürdəmirdə 22 yaşlı qız intihara cəhd edib

Kürdəmir sakini intihara cəhd edib. Hadisə bu gün günorta saatlarında rayonun Şıxımlı kəndində baş verib.  Kənd sakini, 1992-ci il təvəllüdlü Nuriyeva Mələkxanım Neman qızı sirkə turşusu içərək, intihara cəhd edib. M.Nuriyeva Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.  Rayon xəstəxanasından verilən məlumata görə, M.Nuriyevanın vəziyyəti ağır olduğundan Bakıya göndərilib. 22 yaşlı M. Nuriyeva nişanlıdır.             

Qeyd edək ki, rayonun Şıxımlı kəndində daha bir intihar hadisəsi 2 gün öncə baş verib. Belə ki, 21 yaşlı Fətəliyeva Aysel Ağadadaş qızı siçan zəhəri içərək intihar edib. Məlumata görə, A. Fətəliyeva ailəli olsa da, bir müddət əvvəl həyat yoldaşından ayrılıb.

Hər iki faktla bağlı araşdırma aparılır. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31