Təcili Yardım Stansiyası: “Moskva” dakı yanğında zərərçəkən olmayıb
14 Mart 2014 12:19 Kriminal"Moskva" Ticarət Mərkəzində baş verən yanğın zamanı zərərçəkən olmayıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, hadisə yerinə səhər saat 08:12-də çağırış olub və 2 təcili yardım maşını əraziyə göndərilib. Onun sözlərinə görə, həkim briqadaları 2 saata yaxın müddət ərzində yanğın baş verən ərazidə olublar. Lakin bu müddət ərzində zərərçəkən və təcili yardım həkimlərinə müraciət edən olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31