Bakı sakininin plastik kartından 1500 manat oğurlanıb
14 Mart 2014 11:13 KriminalBakı sakininin plastik kartından 1500 manat oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da Bakı şəhər sakini Əli Həsənov bankomatda hesabından pul çıxarmaq istəyərkən kartından 1500 manat pulun çıxarıldığını aşkar edib.
Binəqədi RPİ 40-cı PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini Məmmədşah Dadaşov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31