Azərbaycanda əsgər hərbçi yoldaşını güllələyib
Hadisə ötən gün Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb
14 Mart 2014 10:54 KriminalAzərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib. Hadisə ötən gün Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Balamirzə Ağababayevin tabeliyindəki avtomat silahdan açılan atəş onun əsgər yoldaşı, 20 yaşlı Fərid Baxşıyevə dəyib. Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31