FHN "Moskva" univermağındakı yanğınla bağlı məlumat yaydı
Birinci mərtəbədəki eskalatorun yanından başlayan yanğın məhdudlaşdırılıb
14 Mart 2014 09:59 KriminalBu gün səhər saatlarında "Moskva" univermağında başlayan yanğına səbəb eskalator olub. ANS PRESS-in hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, yanğın hadisəsi ticarət mərkəzinin 1-ci mərtəbəsindəki eskalatorun yanından başlayıb. Bundan sonra alov böyüyərək ətrafdakı mağazaları da əhatə edib.Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğın məhdudlaşdırılıb. İlkin məlumata əsasən 1 ədəd eskalatorun yanar hissələri yanıb. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31