Bakıda törədilən dəhşətli qətl hadisəsinin üstü açıldı
13 Mart 2014 16:41 Kriminalİki ay əvvəl Bakıda törədilən qətl hadisəsinin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, yanvarın 24-də Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş vermişdir. Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində M.Əsədovun Bakı şəhər sakini Vidadi Umudov tərəfindən qətlə yetirilməsi müəyyən edilmiş və o, tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31