Bir gündə 79 cinayət törədildi, 40 cinayətkar yaxalandı

Martın 12-də respublikanın daxili işlər orqanları tərəfindən 79 cinayət faktı qeydə alınıb. "OLAYLAR"ın  Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, törədilən cinayətlərin  32-si "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Həmin gün cinayət törətdiklərinə görə 40 nəfər tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31