Yevlaxda traktor minik avtomobili ilə toqquşub

1 ölü, 1 yaralı var

Goranboyda insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, Goran qəsəbəsi ərazisində, Astara rayon sakini Raqif Dadaşov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Yevlax rayon sakini Məşdi Süleymanovun idarə etdiyi "T-80" markalı traktorun qoşqusuna vurub. Nəticədə minik avtomaşınında olan sərnişinlərdən biri dünyasını dəyişib.  Bir nəfər xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31