Türməyə soğan qabığında heroin keçirmək istəyən yaxalandı
27 İyul 2012 17:15 KriminalƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin və 1 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1972-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3-cü maddələri (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə təqsirli bilinərək 9 il müddətinə azaqdlıqdan məhrum edilmiş məhkum Zülfüqarov Rauf Hətəm oğluna, tanışı 1988-ci il təvəllüdlü, Bakı şəhər sakini vətəndaş Budaqov Surxay Canpolad oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 5 ədəd baş soğanın qabığının altında gizlədilmiş, 5 bükümdə, xalis çəkisi 2,631 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür.
Fakt üzrə araşdırma aparılır.