Azərbaycanda vəzifəli şəxsə cinayət işi açılıb
13 Mart 2014 15:42 KriminalAğcabədi rayonunda vəzifə saxtakarlığına yol vermiş məmura cinayət işi açılıb. Rayonun Aşağı Avşar kənd İcra Nümayəndəliyinin sədr müavini Həsənov Ramil Məhəmməd oğlunun keçən ilin oktyabr ayında vətəndaşa saxta sənəd verməsi müəyyən edilib. Fakta görə, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə iş başlanılıb.
Cinayət işinin istintaqı davam etdirilir. lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31