Məhkumun cibindən tiryək çıxdı
13 Mart 2014 12:57 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Anar Lələkişi oğlu Hacıyevin əl-üz yuma otağında saxladığı çirkli paltarlarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı ona məxsus puloverin cibindən 1 ədəd sellofana bükülmüş xalis çəkisi 26.868 qram olan narkotik vasitə - "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31