“Viceroy” qutusundan heroin çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 120.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Şəhriyar Qaraxan oğlu Bağırova xalası oğlu Nahid İlham oğlu İsmayılovun gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Viceroy" markalı siqaret qutusunun içərisində kağıza bükülərək gizlədilmiş, xalis çəkisi 1.357 qram olan narkotik vasitə - "heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31