Zaqatalada sahə müvəkkilini bıçaqladılar

Azərbaycanda sahə müvəkkilini bıçaqlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, martın 11-də saat 20 radələrində Zaqatala şəhərinin ərazisində naməlum şəxs münaqişə zəminində həmin ərazidə xidmət aparan Zaqatala RPŞ-nin sahə müvəkkili, polis kapitanı Anar Zeynalova bıçaqla çoxsaylı xəsarətlər yetirib. A.Zeynalov Zaqatala rayon xəstəxanasına yerləşdirilib.

Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Ceyhun Camalov tutularkən bıçaqla özünə xəsarət yetirib. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31