«Moskva» Univermağının baş direktoru 96 milyonluq yeyintidə-Cinayət işi 80 cilddə!

Moskvanın Qaqarin rayon məhkəməsi "Moskva" Univermağının keçmiş baş direktoru Dmitriy Ulyanistkovo haqqında 2008-ci ildə qaldırılmış istintaq işini məhkəməyə göndərib. Bu barədə "Kommersant" qəzeti yazıb. Keçmiş baş direktor 3 il müddətində  ölkəni tərk etməmək cəzası almış, 2011-ci ildə isə bu cəzanı ev dustaqlığı ilə əvəz etmişdilər. Müqəssir bu qərarların dəyişdirilməsi üçün - əsası da o idi ki, Dövlət Dumasına seçkilərdə iştirak edə bilmir, mağaza və stomatoloqa gedə bilmir - dəyişdirməyə çalışırdı. Keçmiş baş direktor fırıldaqçılıqda günahlandırılır. Cinayət işi 80 cilddən ibarətdir. Məsələ burasındadır ki, 2007-ci ildə AS Capital  Department Store keçmiş baş direktorla  "Moskva" Univermağının 2257 səhmlərinin alış-verişində iştirak etmək üçün müqavilə bağlayıb. "Kommersant" yazır ki, səhmlərin ümumi dəyəri 96 milyon rubl olub. Kampaniya iddia edir ki, bu pullar keçmiş baş direktorun hesabına köçürülüb, amma o səhmləri alıcıya verməyib. ("OİLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31