Türməyə “Rexsona” qabında həşiş keçirmək cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Azər Əflan oğlu Quliyevə tanışı Şahin Mirfazil oğlu Abdullayevin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, "Rexsona" qabının içərisində sellofan paketə bükülərək gizlədilmiş xalis çəkisi 2.12 qram olan narkotik vasitə - "Həşiş" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31