Məhkumun cibindən telefon çıxdı
12 Mart 2014 12:27 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 67.1 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Seymur Yavər oğlu Məmmədovun üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun əynində olan şalvarın cibindən 1 ədəd "Ken Xin Da" markalı mobil telefon aparatı, 1 ədəd "Sim" danışıq kartı və 1 ədəd adaptor aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31