Bakıda böyük həyəcan: Sahildəki dəhşətli yanğın söndürüldü
12 Mart 2014 12:22 KriminalBu gün Bakı şəhərinin Səbail rayonunda, "Sahil" ticarət mərkəzində baş vermiş güclü yanğın söndürülüb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadalarının səyi nəticəsində alov lokallaşdırılıb və söndürülüb. Hazırda yanğın ərazisində qabaqlayıcı tədbirlər davam etdirilir.
Yanğının söndürülməsinə Səbail və Nəsimi rayonunun yanğınsöndürmə briqadaları ilə yanaşı Nərimanov rayonundan da gəlmiş əlavə qüvvənin köməyindən istifadə edilib.
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerinə gəlib. E. Mirzəyev APA-nın hadisə yerində olan əməkdaşına açıqlamasında hadisənin başvermə səbəblərinin hələlik məlum olmadığını deyib. Nazir müavini yanğının səbəblərinin araşdırmalardan sonra bəlli olacağını vurğulayıb.