Nazir müavini: “Yanğın “Sahil” Ticarət Mərkəzinin üçüncü mərtəbəsində 1500 kvadrat metr sahəni əhatə edib”

"Yanğın "Sahil" Ticarət Mərkəzinin üçüncü mərtəbəsində 1500 kvadrat metr sahəni əhatə edib".  Bunu hadisə yerində olan jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. E. Mirzəyev bildirib ki, yanğın barədə "112" xidmətinə 09:48-də məlumat verilib. Hadisə yerinə 12 yanğın söndürən maşın cəlb olunub.

Nazir müavini qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın 90 dəqiqə ərzində söndürülüb. Yanğın zamanı ərazidə olan bütün sakinlər evakuasiya edilib. Hadisənin başvermə səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31