İki rayondan külli miqdarda silah-sursat aşkar edildi
26 Aprel 2012 15:13 KriminalAzərbaycanda polis külli miqdarda silah-sursat aşkar edib. Bu barədə məlumatı "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat veriblər. Məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində 1 ədəd "AKS" avtomatı, 1 ədəd "TOZ-8" tüfəngi, 2 ədəd ov tüfəngi, 1 ədəd patron darağı və 419 ədəd müxtəlif çaplı patron tapılıb. Qusar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində 1 ədəd pnevmatik tüfəng, 1 ədəd "Revolver-Naqan" tipli tapança, 1 ədəd idman tapançası, 1 ədəd "Karabin" markalı silahı, 2 ədəd süngü-bıçaq və 8 ədəd pulemyot patronu tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31