Bakıda ağır yol qəzası, sürücü öldü
12 Mart 2014 11:46 KriminalBakıda ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq yolayrıcı səddə çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Deformasiyaya uğramış avtomobildə aldığı bədən xəsarətləri nəticəsində sürücü 1962-ci il təvəllüdlü Cəfərov İlqar Rəhim oğlu hadisə yerində keçinib. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildən cəsədi çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:18-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31